İsmayıllının icra başçısı vəzifədən gedir-MİLYONLARI TALAYIB

11-07-2018, 19:44 1333 dəfə baxılıb

İsmayıllının icra başçısı vəzifədən gedir-MİLYONLARI TALAYIB



İsmayıllının icra başçısı Mirdamət Sadıqovla bağlı ilginc məlumatlar yayılmağa başlayıb. Bu məlumatlarda rayonda külli miqdarda maliyyət yeyintilərinin üzəri açıldığı deyilir.
Son 5 ildə İsmayıllı rayonuna dövlət büdcəsindən yüz milyondan çox pul ayrılıb. Həmin pulların kağız üzərində təyinatı üzrə xərcləndiyi qeyd edilsə də, bunun real olmadığı üzə çıxıb. Belə ki, rayonda çəkilən kanalizasiya işi yarımçıq qalıb və bu da pulla bağlıdır. Mirdaməd Sadıqov isə iddia edir ki, həmin pullar xərclənib və büdcədən əlavə vəsait gəldikdən sonra işə başlayacaqlar.
Mənbə vurğulayır ki, Sadıqovun hərəkətləri bununla bitməyib. O həmçinin rayon Mərkəzi Xəstəxanasının təmirindən, «Qala» İstirahət Mərkəzində, Qəbələ yolunun üzərində yerləşən və bin zamanlar yandırılan otelin yerində yeni binanın inşa edilməsinin, habelə Cüdo mərkəzində, tikiş fabrikində milyonlarla manat mənimsənilidiyini deyir.
Azerinfo.tv bildirir ki, icra başçısının sahibkarları aldadıb pullarını mənimsəməsi və diğər korrupsiya əməlləri ilə bağlı internetdə hər səpkidə yazı var. Odur ki, Seyidovun görəvdən alınacağı az vaxtda baş verəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR