Toy karvanları ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

24-08-2018, 23:27 549 dəfə baxılıb

Toy karvanları ilə bağlı sürücülərə XƏBƏRDARLIQ


Yol polisi toy karvanları ilə bağlı sürücülərə xəbərdarlıq edib. Son illər bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları hərəkət zamanı xeyli xətalara yol verir. Nəticədə iki gəncin xoş günü yasa çevrilir. Toy karvanlarında belə hadisələrin baş verməməsi üçün polis toy sahiblərinə müraciət edib. Bəy-gəlini müşayiət edən avtomobillərin sayını azaldın.



Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib: “İlin əvvəlindən bu günə qədər toy karvanlarında 11 yol nəqliyyat hadisəsi baş verib. Bu hadisələr zamanı 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb. Buna görə də Bakı Şəhər Dövlət Yol Polis idarəsi toy sahiblərinə təklif edir ki, toy karvanlarında maksimum 5 avtomobil iştrak etsin, eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsinlər. Hətta bununla bağlı yol polisi animasiya da hazırlayıb”.



Bölmə rəisi onu da bildirib ki, toy karvanında hərəkət edən sürücülərin böyük əksəriyyəti yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Elə buna görə də polis son illər toy karvanlarına nəzərati daha da gücləndirib.



Qeyd edək ki, ilin əvvəlindən bu günə qədər bəy-gəlini müşayiət edən sürücülər yol zolaqlarının lüzumsuz olaraq tutulması, yeri gəldi-gəlmədi səs siqnalından istifadə etdiyi, qarşı hərəkət zolağına çıxaraq nəqliyyatın hərəkətinə mane olduğu üçün 100 sürücü barəsində inzibati qaydada protakol tərtib edilib. Toy karvanında avtoxuliqanlıq edən 10 sürücü isə aşkar edilərək barələrində məhkəmə qərarı ilə inzibati həbs qərarı çıxarılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR