Ünvanlı sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR

4-09-2018, 12:38 553 dəfə baxılıb

Ünvanlı sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR

Ünvanlı sosial yardım almaq xeyli asanlaşacaq. Vətəndaşın sənəd üçün bir neçə quruma müraciət etməsinə ehtiyac qalmaycaq. Bütün sənədlər vahid elektorn sistemdə toplanacaq.

Bununla bağlı Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi qısamüddətli və ortamüddətli addımlar müəyyənləşdirilib. Tələb olunan məlumatların minimuma endirilməsi üçün 10 dövlət qurumuna mövcud elektron-məlumat bazalarından istifadə etmək üçün müraciətlər ünvanlanıb.

Bundan başqa, müraciətlərin doldurulması qaydaları da sadələşdiriləcək. Nazirliyin sosial təminat siyasət şöbəsinin sektor müdiri Babək Hüseynov bildirib ki, bütün bunlar vətəndaş məmmunluğunu artıracaq.

Bununla belə, ünvanlı sosial yardım alanlar xüsusi bir kateqoriya kimi özünəməşğulluq proqramlarına cəlb edilə bilər.

Qeyd edək ki, bu məqsədlə ünvanlı sosial yardımın alınması sisteminin təkmilləşdirilməsi üçün işçi qrup yaradılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR