Nazirlik: Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz

13-09-2018, 00:09 639 dəfə baxılıb

Nazirlik: Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz

“İstər məktəbli forması, istərsə də məktəb ləvazimatının əldə olunması ilə bağlı direktor və ya orada çalışan hansısa işçinin valideyn qarşısında tələb qoyması tamamilə qanunsuz davranışdır”.

Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib.

M.Vəliyevanın sözlərinə görə, idarəyə bu kimi siqnallar daxil olduqda müvafiq addımlar atılır: "Heç bir məktəb rəhbərliyinin əlində əsas yoxdur ki, valideyni bu və ya digər məktəbli formasını almağa məcbur etsin. Sadəcə olaraq, ümumi yanaşma odur ki, məktəblərin ümumi nizamnaməsinə görə, şagirdlər məktəbli formasında gəlməlidirlər. Məktəbli formasını məktəb özü müəyyənləşdirir".

Nazir müavini qeyd edib ki, valideynlərə isə bu formanı sərbəst seçmək imkanı yaradılmalıdır: "Valideynlərə müraciət edirik ki, istər məktəbli formasının alınmasında, istərsə də digər məktəb ləvazimatlarının alınmasında onlara qarşı məcburiyyət tətbiq olunarsa, bu barədə Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt"inə, yaxud da idarəyə müraciət etsinlər".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR