İcra başçısı 300-dən çox it saxlayan keçmiş polisi məhkəməyə verdi - Azərbaycanda

25-09-2018, 10:14 541 dəfə baxılıb

İcra başçısı 300-dən çox it saxlayan keçmiş polisi məhkəməyə verdi - Azərbaycanda


Xəzər rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxsi məhkəməyə verib.

Open.az-ın əldə etdiyi məlumata görə, Gülağa İslamov iddia ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs icra hakimiyyətinə müraciət edərək, Mansurov Eldar Əbülfəz oğlunun Mərdəkan qəsəbəsi, R. Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxlaması ilə bağlı məlumat verib.

İddia ərizəsində bildirilir ki, ətrafda narahatçılıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb: “İcra Hakimiyyətinin, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər rayon Polis İdarəsinin, Mərdəkan Bələdiyyəsinin, Gigeyana və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq sahəsinin və Mərdəkan qəsəbə inzibati ərazi dairəsinin nümayəndələri, Canlı Aləmin Mühafizəsi Alyasının əməkdaşları tərəfindən Eldar Mansurova məxsus həyətə baxış keçirilib. Baxış zamanı müəyyən edilən saydan artıq ərazidə itin qonşuluqda yaşayan sakinlər məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya- mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyini aşkar edilib”.

İcra başçısının qaldığı iddia ərizəsində deyilir ki, araşdırmalardan sonra E. Mansurova barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan “Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub: “Eldar Mansurov qanunsuz olaraq müvafiq İcra Hakimiyyəti orqanları tərfindən müəyyən edilməsi saydan artıqev heyvanları saxladığı üçün Xəzər Rayon Polis İdaərsinin 1-ci Polis Bölməsi tərəfindən İXM-nin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protocol tərtib edilib”.

Gülağa İslamov Xəzər rayon Məhkəməsində qaldırdığı iddiasındasahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və Eldar Mansurovun ey heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.

İddia üzrə artıq Xəzər rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Məhkəmə baxışı senyabrın 28-də baş tutacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR