GDU-nun Tarix-coğrafiya fakültəsində rəzalət-saxta diplomlu rəhbərlik tələbələrə nə verə bilər

15-10-2018, 12:38 947 dəfə baxılıb

GDU-nun Tarix-coğrafiya fakültəsində rəzalət-saxta diplomlu rəhbərlik tələbələrə nə verə bilər

Gəncə Dövlət Universiteti coğrafiya kafedrasının müəllimi, siyasi elmlər namizədi alimlik dərəcəsi elmi adını almış Əhmədova Arifə Abbasəli qızına məxsus diplom saxtadır.
Azerinfo.tv xəbər verir ki, bu haqda bütün aparacı saytlar müxtəlif vaxtlarda məılumat yayıb.
Bu şəxs 28 iyun 1994-cü ildə Tacikistan Respublikasının Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin coğrafiya fakültəsini bitirməsi haqda diploma sahib olsa da, bir müddətdən sonra həmin Universitetinin rəhbərliyinə ünvanlanan sorğuya verilən cavab məktubunda qeyd olunur ki, “Arifə Əhmədovanın 1994-cü ildə coğrafiya ixtisası üzrə əyani və yaxud da qiyabi təhsil alması əmrdə qeydə alınmamışdır”. Sorğuya verilən cavab məktubu, birbaşa rektor N.Y.Salimovun imzası və möhürü ilə də təsdiq olunmuşdur. Arifə Əhmədovanın qol qoyduğu digər qanunsuzluqlardan biri də, “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki göstəriş kitabının müəlliflik hüququnu da öz adına çıxması olur. Baxmayaraq ki, bu kitab 2007-ci ildə işıq üzü görmüş və kitabın müəllifi dosent Nuriyev Rəşad Məmməd oğludur. Eyni zamanda həmin kitab Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının “Coğrafiya” bölməsinin 13 iyul 2007-ci il tarixli iclasının qərarı ilə də (№4-li protokolla) təsdiq olunub. Bütün bunlara baxmayaraq, Arifə Əhmədovanın da müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı 2014-cü ildə işıq üzü görür, kitabda müəllifin dosent əvəzi (kitabın son səhifəsində Arifə Əhmədova GDU coğrafiya fakültəsinin dosenti kimi qeyd olunub) Əhmədova Arifə Abbasəli qızının olduğu yazılır. Həmin plagiat kitab Təhsil Nazirliyinin “Dərslik və Nəşriyyat” şöbəsinin 10 fevral 2014-cü il tarixli iclasının qərarı və 147 saylı protokolu ilə də təsdiq olunur(?). Qeyd olunan kitabları bir-birinə tutuşdurduqda o da bəlli olur ki, Arifə Əhmədovanın müəllifi olduğu “Torpaq Coğrafiyası Fənnindən Çöl Təcrübələrinin Aparılmasına Dair” metodiki kitabı, əvvəli kitabdan olduğu qaydada köçürülmüş, bu da dosent Nuriyev Rəşad Məmməd oğlunun müəlliflik hüququnun birbaşa oğurlanması deməkdir. Bundan başqa, Arifə Əhmədlinin ikinci metodik vəsaitinin məşhur rus alimi M. Ratanovanın kitabından olduğu kimi köçürülməsi faktının ortaya cıxmasıdır. Saxta diplomla siyasi elmlər namizədi olan Arifə Əhmədova, elmlər namizədi adını almaq üçün, kitabı köçürən zaman da yanlışlığa yol verir. Belə ki, kitab rus dilindən azərbaycan dilinə tərcümə olunarkən ya Arifə Əhmədova, ya da ki, hansısa tərcüməçi bir sıra kobud yanlışlıqlara yol verirlər. Bu da kitabın köçürmə olmasını həm asanlaşdırır, həm də sübuta yetirməyə imkan verir. Baltikyanı respublikalar MDB-nin üzvü olmadığ halda, bu şəxsin tələbələr üçün “hazırladığı kitabda” MDB-ə daxil olan respublikaların sayının 15 olduğu qeyd olunub. Baltikyanı respublikaların MDB-nin üzvü kimi qələmə verilməsi, birbaşa kitabın savadsızcasına yazıldığını göstərir. Başqa müəlliflərin elmi əsərlərini köçürməklə öz adına çıxan Arifə Əhmədovanın yaxın vaxtlarda dosent elmi adını alması haqda, hətta "Azərbaycan müəllimi" qəzetində elan da verilib. Elmi əsərləri köçürmə olduğundan Ali Attestasiya Komissiyasının ekspertləri tərəfindən mənfi rəy verilən Arifə Əhmədovanın, çox yaxın vaxtlarda dosent olması üçün, görəsən ona kim yardımçı olur?




Qarşı tərəfi də dinləməyə hazırıq...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR