AMEA-da ciddi ixtisarlar başladı – Açıqlama

11-12-2018, 15:30 367 dəfə baxılıb

AMEA-da ciddi ixtisarlar başladı – Açıqlama



Azərbaycan Milli Elmlər Akademiyasında nəzarətin gücləndirilməsi və ixtisarların aparılması prosesinə başlanılıb.

AMEA-dakı mənbələrdən Kult.az-a daxil olan məlumata görə, əvvəlcə ixtisarlar iş davamiyyəti aşağı olan elmi işçilərdən başlayacaq. Bu ixtisarlar nəticəsində institutların qənaət etdiyi vəsait isə digər əməkdaşlar arasında bərabər paylanmaqla, elmi işçilərin əməkhaqqı artırılacaq.

İddiaya görə, hazırda AMEA sistemində 11 mindən çox alim çalışır və 2-3 min mütəxəssisin ixtisarı nəzərdə tutulur.

Məlumatla bağlı AMEA Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev Kult.az açıqlamasında bildirib ki, AMEA-da ixtisarlar ötən ay aparılıb və proses artıq başa çatıb.

O, ixtisarla bağlı əlavə məlumat vermək istəməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR