Adil Əliyev: "Şəhidlərimizi dünyaya gətirən analarımızın qarşısında baş əyirəm"

15-02-2019, 20:49 484 dəfə baxılıb

Adil Əliyev: "Şəhidlərimizi dünyaya gətirən analarımızın qarşısında baş əyirəm"

Millət vəkili Adil Əliyev bu gün şəhid Arif Vəliyev adına 258 №-li tam orta məktəbdə, Azərbaycan torpaqları uğrunda şəhid olan Arif Vəliyevin anım tədbirində iştirak edib.

Millət vəkili Adil Əliyev tədbirdə bunları deyib:

“Arif qardaşımız, balamız, Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb və bu zirvə hər kəsə nəsib olmur. Şəhidlərimizin mükafatı Allah yanında çox böyükdür. Şəhidlik zirvəsi elə bir zirvədir ki, o zirvəyə, o qürur verici ada heç bir yüksək zirvə yetməz. Ali baş komadanımızın hər zaman hərbi hissələrdə əsgərlərimizə, qazilərimizə, milli qəhrəmanlarımıza, şəhid ailələrinə göstərdiyi sevgi, qayği bizlərə nümunədir. Bu gün prezidentimiz şəhid ailələri ilə şəxsən maraqlanır və onlarla bağlı bir sıra qərarlar da imzalayıb. Cənab prezident hər an “Qarabağa irəli!” əmrini verə bilər. Bizlər də Ariflərdən biri ola bilərik . Torpaq su ilə qarışanda palcıq, qan ilə qarışanda Vətən olur! Bu tədbir Arifə və onun kişi qəhrəmancasına şəhid olan övladlarımıza olan sevginin göstəricisidir. Bizim gələcəyimiz olan uşaqlara bunları aşılamaq borçumuzdur. Onlar şəhidlərimizi, qazilərimizi, qəhrəmanlarımızı tanımalıdırlar və bilməldirlər ki, onlar Vətən uğrunda canlarından keçiblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirəm. Şəhidlər bizim qürurumuzdur, onları dünyaya gətirən analarımızın qarşısında baş əyirəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR