Şəbnəm Tapdıq BAŞINI İTİRDİ: bütün "Şəbnəm"lər mənə pul ödəsin...

4-07-2019, 17:01 496 dəfə baxılıb

Şəbnəm Tapdıq BAŞINI İTİRDİ: bütün "Şəbnəm"lər mənə pul ödəsin...
Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Qəhrəmanlını polisə şikayət edərək adının dəyişdirilməsini tələb edib.
Publika.az xəbər verir ki, Şəbnəm Tapdıq bu işlə “ciddi” şəkildə məşğul olmağa qərar verib. Məsələ ondadır ki, o, digər məşhur adaşlarından da adının dəyişdirləməsini tələb edir. Bu barədə aparıcı Şəbnəm Həsənova sosial şəbəkədə məlumat verib. O, bildirib ki, Şəbnəm Tapdıq adına görə aparıcı Şəbnəm Həsənovanı MTRŞ-yə şikayət edib.
“Hazırda çalışdığım "Lider" televiziyasına Milli Televiziya və Radio Şurası (MTRŞ) və Müəllif Hüquqları Agentliyindən məktub gəlib. Bir sözlə, xanım tələb edir ki, bütün tanınmış “Şəbnəm”lər özlərinə efir təxəllüsü seçsinlər. Əks halda, biz Şəbnəm xanıma "patent" ödəməliyik”, - deyə aparıcı qeyd edib.
Aparıcı şikayət ərizəsinin fotolarını sosial şəbəkədə paylaşıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR