Məşhurlarımız sonucu dəfə hansı kitabı oxuyublar?

30-10-2019, 16:37 361 dəfə baxılıb

Məşhurlarımız sonucu dəfə hansı kitabı oxuyublar?


Müğənni Afət Fərmanqızı:
''Mən mütaliəni sevən insanam. Ən sevdiyim əsər Lev Tolstoyun ''Anna Karenina'' əsəridi. Dəfələrlə kitabını oxuyub, filminə baxmışam. Lakin son 4-5 ay olar ki, kitab oxumağa vaxtım olmur. Təsəvvür edin ki, mən kəndimizin kitabxanasındakı kitabları oxuyub bitirmişdim, sonra Tovuz rayonunun mərkəzi kitabxanasını oxuyub bitirdim, sonra da gəldim Bakıda 'Axundov' adına kitabxanaya yazıldım. Şou-biznesnesdə mənim qədər kitab oxuyan ikinci bir insan hələ görməmişəm. Siz müğənnilərin ''İnstagram''da yazdığı sözlərə fikir verin, görün mənim qədər durğu işarələrindən, düzgün yazılışdan istifadə edən varmı? Görün nə qədər savadsızca yazı yazırlar. Mən onları qınamıram. Çünki onların əksəriyyətinin qrammatik savadı yoxdu. Şou-biznesdə mənim qədər düzgün yazanı da, elmlisi də yoxdur. Uğurlu insan olmağımın arxasında savadım dayanır. Mən gedib tum da satsam, bilirəm ki, hamı gəlib məndən tum alacaq. Mən ali təhsilli müəlliməyəm. Siz barmağınızı qatlayın, görü şou- biznesdə həqiqi savadla diplom almış neçə nəfər var? Savadlı olmamaq ayıb deyil, lakin savadlı olmayıb savadlılara meydan oxumaq,bax, o ayıbdı''.

Əməkdar artist, xanəndə Elnarə Abdullayeva:
"Vallah son oxuduğum heç bir kitab yoxdur. Yalandan ağlıma gələni danışa bilmərəm mən. Kitab oxumağa vaxtım yoxdur. Vaxt tapanda qəzəllər, şeirlər əzbərləyirəm".

Əməkdar artist, müğənni Ədalət Şükürov:
"Biz kitabları vaxtında çox oxumuşuq. İstər dərs kitabları olsun, istərsə də özümüz üçün maraqlı kitab. Yaş ötdükcə insan daha çox özünə lazım olan kitabları oxuyur. Məsələn, mənim son oxuduğum kitab ''Qazax Borçalı xalçaları'' kitabıdır".

Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova:
"Son oxuduğum kitab Çingiz Abdullayevin ''Bakinski bulvar'' əsəridir. Ondan əvvəl isə İsa Muğannanın ''İdeal'' romanını oxumuşam. Vüktor Hüqo, Cek London, Çingiz Aytmatov və Dostoyevski sevdiyim yazıçılardır".
Meyxanaçı Samirə Yusifqızı:
"Bu yaxınlarda Süleyman Rəhimovun ''Şamo'' əsərini oxumuşam. Ondan əvvəl isə İsmayıl Şıxlının ''Dəli kür'' əsərini oxuyub bitirdim. Həmin əsərə film çəkilsə də, deyə bilərəm ki, filmlə əsər çox fərqlənir. Gözlərim zəifləməsin deyə axşamlar çox kitab oxumuram".

Xalq artisti, müğənni Faiq Ağayev:
"Son oxuduğum kitab Gregory David Robertsin ''Şantaram'' əsəridir".

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan:
"Mən musiqi bəstələdiyim üçün daha çox şeirlər oxuyuram. Hazırda oxuduğum kitab Sona Vəliyevanın şeirlər kitabıdır. Hər axşam və azan vaxtları oxuduğum müqəddəs kitab ''Qurani Kərim''dir. Çünki müqəddəs kitabları oxumayanda küsürlər. Ona görə də oxumaq lazımdır".

Müğənni Mətanət Əsədova isə suala cavab vermək istəməyib.olke.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR