Ebru Gündeşin gizli saxladığı bacısı ilə oxşarlığı diqqət çəkdi

31-10-2019, 13:45 271 dəfə baxılıb

Ebru Gündeşin gizli saxladığı bacısı ilə oxşarlığı diqqət çəkdi

Müğənni Ebru Gündeşin haqqında danışmadığı bacısı Aslıhan Gündeşin fotoları üzə çıxıb.

Türkiyə mətbuatı xəbər verir ki, Aslıhan Gündeş müğənninin atasının ikinci nikahından olan qızıdır. O, bacısına bənzərliyi ilə diqqət çəkib.

Məlum olub ki, Ebru uzun illərdir atası Remzi Gündeş və bacısı ilə görüşmür. Buna səbəb isə atasının onu və anasını uşaq ikən ataraq başqa qadınla evlənməsi olub.

Remzi Gündeşin içki aludəçisi olduğu iddia olunur. Bacısı Ebru Gündeşlə bir neçə dəfə görüşməyə çalışsa da, o, cəhdləri israrla rədd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR