Zərdab Mədəniyyət və Turizm Şöbəsində əmək haqqı qalmaqalı

17-12-2015, 13:53 914 dəfə baxılıb

Zərdab Mədəniyyət və Turizm Şöbəsində əmək haqqı qalmaqalı












İşçilər 3 aydır maaş ala bilmirlər, Eldəniz Abdullayev isə nazirdən möhlət istəyib

Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsində əmək haqqı qalmaqalı yaşanır. Bu barədə redaksiyamıza məlumat verən şöbənin işçiləri bildirirlər ki, onlar 3 aydır maaşlarını ala bilmirlər.

Bizə yazan şikayətçilər vurğulayırlar ki, rayon Mərkəzi Kitabxanasının işçiləri üzləşdikləri problemlə əlaqədar Zərdabın icra başçısına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. «Maliyyə Şöbəsindən deyirlər ki, pulun hara xərcləndiyini tapa bilmirlər».

Redaksiyamıza məlumat verən şöbənin işçiləri vurğulayıblar ki, bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasına qatılan Zərdab Mədəniyyət və Turizm Şöbəsinin müdiri Eldəniz Abdullayevin işdən çıxarılması məsələsi gündəmə gəlib. «Lakin Eldəniz Abdullayev nazirə yalvar-yaxar edib ki, yaşa görə yanvarın 1-də işdən çıxarılsın. Yoxsa, oğlunun toyuna gələn olmayacaq. Naziri bir təhər yola gətiriblər».

Qeyd edək ki, MTN rəhbəri Əbülfəz Qarayev yaxın vaxtlarda bölgəyə səfər edəcək. «Eldəniz Abdullayev işçilərinə yalvarıb ki, heç kim nazirin görüşünə gedib, şikayət etməsin. Maaşları da bir yerdən tapıb ödəyəcəyini vəd edib. Amma yalan deyir. Çünki məsələni icra başçısına dedikdə bildirdi ki, onluq məsələ yoxdur. Özü də çıxıb gedib məzuniyyətə».

Bildirək ki, Eldəniz Abdullayevlə bağlı şikayət ilk deyil. Onunla bağlı bir müddət əvvəl də redaksiyamıza müraciət olunmuşdu. Orada qeyd olunurdu ki, Zərdab Mədəniyyət və Turizm Şöbəsindən xeyli sayda şəxs işdən çıxarılsa da, müdirin tapşırığı ilə onlara əmək haqqı yazılıb.

Bundan başqa iddia olunurdu ki, E.Abdullayev bu işlərin böyük əksəriyyətini qardaşının həyat yoldaşının əliylə edib. Məlumata görə, idarə müdirinin qardaşının həyat yoldaşı rayon Mərkəzi Kitabxanasının müdirəsidir.

Ən dəhşətli fakt isə ondan ibarətdir ki, Zərdab Mərkəzi Kitabxanasının müdir müavini düz 20 il əvəzedici kimi fəaliyyət göstərib. «Belə ki, o, bu illər ərzində müavin kimi qəbul edilsə də, sənədlərdə adı keçməyib. Daha doğrusu, rəsmi olaraq müavin kimi deiyl, səlahiyyətlərin icrası kimi sənədlərə imza atmaq hüququna sahib olub».

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR