‘Kapital Bank’dan narazı müştəriyə qəribə cavab - Get 3 gün sonra gəl

12-07-2015, 15:08 1139 dəfə baxılıb

‘Kapital Bank’dan narazı müştəriyə qəribə cavab - Get 3 gün sonra gəl


















"Dünyanın heç bir yerində belə bir xidmət yoxdur"

Maaş kartı "Kapital Bank"a məxsus olan vətəndaş anormal mənzərə ilə qarşılaşıb. Belə ki, vətəndaş Məmmədov Tural Taleh oğlu bu gün axşam saatlarında "Azərbaycan" Nəşriyyatının yerləşdiyi binanın yaxınlığındakı "Kapital Bank"ın bankomatına yaxınlaşaraq həyat yoldaşının maaşını çıxarmaq istəyib.

Vətəndaş kartı bankomata daxil etdikdən sonra kodu və məbləği yazıb. Lakin əməliyyat uğursuz alınıb. Təkrar olaraq əməliyyatı yoxlayan vətəndaş kartsız qalıb. Belə ki, vətəndaşın kartı texniki səbəblərə görə bankomatda qalıb. Məsələ ilə bağlı"Kapital Bank"ın 196 xidməti ilə əlaqə saxlayan vətəndaşa qəribə cavab verilib. Şikayətçiyə deyilib ki, məsələ ilə bağlı yalnız gələn həftənin 3-cü və ya 4-cü günü məşğul ola bilərlər. Çünki şikayətin üstündən 3 iş günü keçməlidir.

Vətəndaş isə dünyanın heç bir yerində belə xidmətin olmadığını deyir: "Borc pul almışdım. Bu gün qaytarmalıydım, amma mənə deyirlər ki, gələn həftənin 4-cü günü sizin məsələnizə baxılacaq."Kapital Bank"ın məsuliyyətsiliyinə görə mən borcumu 4 gün qaytara bilməyəcəm. Mənim kartım texniki səbəblərdən bankomatda qalıb və problemimi həll etmirlər. Dünyanın heç bir yerində belə bir xidmət yoxdur"

Qeyd edək ki, vətəndaş şikayətini çatdırmaq üçün Mərkəzi Bankın hər iki qaynar xətti ilə əlaqə saxlayıb (012 493 13 23 və 012 493 11 22). Lakin cox maraqlıdır ki, telefon nömrələrindən birinə ümumiyyətlə cavab verən olmayıb. Digərində isə operator, robot bankın bağlı olduğunu bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR