Gəncədə uşağa qarşı haqsızlıq

31-12-2015, 12:24 1421 dəfə baxılıb

Gəncədə uşağa qarşı haqsızlıq







Gəncə şəhərində yerləşən 38 saylı bağçada bayram pulu ödəməyən valideyn Zərqələm Bayramovanın övladı Yeni il şənliyindən qovulub. Zərqələm Bayramova bildirib ki, o, əvvəldən Lalə müəllimənin dediyi pulu ödəmək istəyib:

“Mən bağçada təşkil olunan bütün bayramlarda tələb olunan pulu ödəyirdim. Bu bayramda da 10 manat pul yığılırdı. Onu da ödəmək fikrindəydim. Amma həyat yoldaşım gözlənilmədən işdən çıxarıldı. Maddi durumumuzda problem yaşandı. Lalə müəlliməyə 5 manat verib, övladımın Yeni il şənliyində iştirak etməsini istədim. O, isə mənə bildirdi ki, əlavə 5 manat verməli, həm də hədiyyəni də özüm almalıyam. Uşağımı geyindirib bayram əhvali-ruhiyyəsi ilə bağçaya apardım. Amma Lalə müəllimə onu uşaqların içərisindən seçib, tədbirdən qovdu. Övladım ağlaya-ağlaya evə gəldi. Körpə uşağa psixoloji travma yaşatdılar. Dünəndən bağça müdiriyyətinə zəng vurub, şikayətimi bildirmək istəyirəm. Bütün cəhdlərimə baxmayaraq, telefon zənglərimə cavab verən olmur”.

Məsələni araşdıran hafta.az-ın əməkdaşı Gəncə şəhər 38 saylı bağça ilə əlaqə saxlamağa cəhd göstərsə də, heç bir nəticə əldə edə bilməyib. Bağçadan müraciətimizə cavab verən tapılmır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR