TQDK keçid ballarını elan etdi

15-07-2015, 10:40 1026 dəfə baxılıb

TQDK keçid ballarını elan etdi


















Bəzi hallarda nisbi bal məhdudiyyəti tətbiq olunmur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəyan edib ki, ali məktəbələrə qəbul imtahanların nəticələri bəlli olandan sonra I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

TQDK-dan azinfo.tv-yə bildirilib ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR