Gözdən əlillər üçün Qurani-Kərim- Azərbaycanda ilk

16-07-2015, 13:38 1022 dəfə baxılıb

Gözdən əlillər üçün Qurani-Kərim- Azərbaycanda ilk













Azərbaycanda Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) sədri Səmyar Abdullayev, İranın və Türkiyənin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, din xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK sədri M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin hazırlanması prosesinə bu ilin mart ayından başlanılıb.
O, Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərimin Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edildiyini deyib.
M.Qurbanlı qeyd edib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub. Lakin Azərbaycanda bu, ilk təşəbbüsdür: “Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqət və qayğı göstərilir. Bu özünü hərtərəfli biruzə verir. Prezident İlham Əliyevin tapşırığı ilə dini kitabların çap olunmasına əlavə vəsaitlər ayrılır. Kitab çapı üçün ayrılmış vəsaitin bir qismi Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib”.
Komitə sədrinin fikrincə, İslami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin təbliğ olunması mühüm rol oynayır: “İnsanlar birbaşa bu mənbəni oxumaqla İslamı şüurli şəkildə qəbul edirlər. İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək”.
Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən olan akademik Vasim Məmmədəliyev bildirib ki, Azərbaycanda Qurani-Kərimin Brayl əlifbası ilə çap olunması əlamətdar hadisədir.
Tədbirdə çıxış edən millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu işin bir başlanğıc olduğunu və gələcəkdə də davam edəcəyinə inandığını qeyd edib: “Azərbaycan tolerant ölkədir. Burada müxtəlif dinin mənsublarına və icmalara yaşamaları üçün tam şərait yaradılıb”.
S.Novruzov bildirib ki, Azərbaycanda insanların sosial qayğıları həmişə dövlətin diqqət mərkəzində olub. O cümlədən, ölkədə əlillərə, gözdən əlillərə diqqət və qayğı göstərilir. Millət vəkilinin fikrincə, I Avropa Oyunlarının məşəlinin paralimpiyaçı İlham Zəkiyev tərəfindən alovlandırılması bunun nümunəsidir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov Qurani-Kərimin Brayl əlifbası ilə çapının təşkil edilməsinə görə, DQİDK-ya təşəkkür edib. O, qeyd edib ki, bizim gözdən əlil idmançılardan ibarət böyük komandamız var: “Onlar Azərbaycanı dünyada təmsil edir və bayrağını ucaldırlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR