Zakir Fərəcovun “Kalyon” əməliyyatı

21-07-2015, 13:14 1082 dəfə baxılıb

Zakir Fərəcovun “Kalyon” əməliyyatı















“Abşeronda müxtəlif dövlət qurumlarının rəhbərliyində təmsil olunan şəxslər Fərəcovun zavalına gəlməmək, öz vəzifələrini qorumaq üçün ara-sıra “Kalyon”a səfər edir, bahalı restoranda xərclədikləri pullar hesabına özlərini, tutduqları vəzifəni sığortalamağa çalışırlar”

Zakir FərəcovAbşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Özəl mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, icra başçısı Novxanıda, dəniz sahilində inşa etdirdiyi “Kalyon” adlı restoranın müştəri sarıdan çəkdiyi korluğu Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları hesabına doldurmağa çalışır. İşçilərinə “Kalyon”dan başqa digər resroranlarda istirahət etməyi qadağan edən Z.Fərəcov, bu qadağanı pozanların ciddi şəkildə cəzalandırılacağını bildirib.
Onu da bildirək ki, Zakir Fərəcovun “Kalyon” restoranı Novxanı çimərliyinə yaxın olan iki-üç məşhur restorandan biridir. Lakin bu obyekt digər restoranlardan öz əzəmətli görünüşü ilə yanaşı, həm də bahalığı ilə diqqət çəkir. Burada hər şey – adi sərinləşdirici içkilərdən tutmuş müxtəlif sort yeməklərə qədər müştərilərə maya dəyərindən bir neçə dəfə baha qiymətə təqdim edilir. Ona görə də bu restoran hər zaman müştərilərinin azlığı ilə diqqət çəkir.
Lakin son bir neçə həftədir ki, “Kalyon” restoranının sahibi Zakir Fərəcov bu problemi özünəməxsus üsulla “yoluna qoyub”. Belə ki, icra başçısı sahibi olduğu restoranı müştərilərlə təmin etmək və daha çox qazanca yiyələnmək üçün Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarını В«KalyonВ»a təhkim edib. Fərəcov açıq şəkildə bildirib ki, əgər kiminsə başqa bir restoranda əyləşdiyi eşidilərsə, həmin şəxsi sərt şəkildə cəzalandıracaqdırВ». Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, icra başçısı ad günü və müxtəlif banketlərin də məhz “Kalyon”da keçirilməsini tələb edib: “Zakir Fərəcov İcra Hakimiyyəti əməkdaşlarının övladlarının ad günü və ya digər özəl günlərini başqa yerdə deyil, yalnız “Kalyon”da keçirilməli olduğunu bildirib. Artıq İcra Hakimiyyətinin bir neçə əməkdaşı Zakir Fərəcova xoş olsun deyə öz yaxınlarının ad gününü В«KalyonВ»da qeyd edib”.
Z.Fərəcovun bu yöndə yalnız İcra Hakimiyyətinin əməkdaşlarına deyil, Abşeron rayonunun bütün dövlət qurumlarının yetkililərinə də xəbərdarlıq etdiyini bildirən mənbə, icra başçısının rəhbərlik etdiyi rayonda əsl diktatura formalaşdırdığını vurğulayıb: “Zakir Fərəcovun hədəsinin hədəfi yalnız Abşeron rayon İcra Hakimiyyəti olmayıb. İcra
Hakimiyyəti ilə yanaşı Abşeron rayonunda yerləşən bütün dövlət qurumlarına bu məzmunda xəbərdarlıq daxil olub. Odur ki, rayonda müxtəlif dövlət qurumlarının rəhbərliyində təmsil olunan şəxslər Fərəcovun zavalına gəlməmək, öz vəzifələrini qorumaq üçün ara-sıra “Kalyon”a səfər edir, bahalı restoranda xərclədikləri pullar hesabına özlərini, tutduqları vəzifəni sığortalamağa çalışırlar”.
Mənbənin sözlərinə görə, Z.Fərəcovun Abşerondakı məmur ordusuna təzyiqi yalnız “Kalyon” restoranı ilə bağlı deyil. Belə ki, icra başçısı kimin hardan nə alacağını, hansı dükandan bazarlıq edəcəyini belə qəti şəkildə müəyyənləşdirib: В«Abşeron rayonunda ən böyük market və dükanlar icra başçısı Zakir Fərəcova məxsusdur. Ticarət dövriyyəsi və müştəri sayına görə bütün market və dükanları geridə qoyan bu ticarət obyektləri hər ayın başında Z.Fərəcovun sərvətinin üzərinə yeni bir sərvət əlavə edir. Lakin bununla kifayətlənməyən Z.Fərəcov ona məxsus olan ticarət obyektlərini daimi müştərilərlə təmin etmək problemini də В«dahiyanəВ» bir şəkildə həll edib. Belə ki, icra hakimiyyətinin işçilərinə məhz onun göstərdiyi marketlərdən ticarət etməli olduqlarını bildirən Z.Fərəcov, göstərişinə nə dərəcədə əməl olunduğunu da mütəmadi surətdə nəzarətdə saxlayır. Ara-sıra sahibi olduğu marketlərdə gözə dəyən icra başçısı rəhbəri olduğu qurumdan kimlərin gəlib-getdiyi, kimlərin onun göstərişini qulaqardına vuraraq əməl etmədiyi ilə bağlı məlumat alır”.
Z.Fərəcovun insanların şəxsi işlərinə bu cür müdaxiləsinin məmur kontingenti tərəfindən kəskin narazılıqla qarşılandığını bildirən mənbə, icra başçısına qarşı gizli bir anti-simpatiya formalaşdığını qeyd etdi: “İcra
başçısının insanların həyatına yersiz müdaxiləsi, onların yeməyindən tutmuş geyiminə qədər hər bir işinə müdaxilə etməsi məmurların ciddi narazılığı ilə müşahidə edilməkdədir. Lakin heç kim hökmü və amiranəliyi sayəsində hər kəsin cəzarətini əlindən alan Zakir Fərəcova qarşı açıq şəkildə çıxış etmək iqtidarında deyil. Ona görə də hər kəs onunla bağlı narazılığını büruzə verməməyə, proseslərin bundan sonrakı inkişafını gözləməyə çalışır. Bununla belə, Fərəcov tərəfindən həyata keçirilən aramsız basqıların davam edəcəyi təqdirdə icra başçısına qarşı kütləvi narazılığın üzə çıxacağı ehtimalı da kifayət qədər böyükdür. Odur ki, yaxın gələcəkdə Zakir Fərəcovla orta və xırda məmurlar arasında ciddi toqquşma və qarşıdurmaların meydana gəlməsi gözlənilir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR