Aparat rəhbəri ilə icra başçısının ortaq biznesi

23-07-2015, 15:13 1203 dəfə baxılıb

Aparat rəhbəri ilə icra başçısının ortaq biznesi













Bir müddət öncə Rabitə və Tüxnologiyalar nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovla bağlı saytımıza göndərilən bir neçə məlumatı oxucularımza təqdim etmişdik. Cumhuriyyət.az-ın elektron poçtuna daxil olan yeni məlumata görə Rabitə və Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov əsas biznesi Avropada, daha dəqiq Çexiyada yerləşib

Şərqi Avropa ilə Qərbi Avropanın ortasınd ayerləşən bu kiçik dövlət sahibkarlıq, biznes üçün sərfəli bir dövlətdir. Məlumatda qeyd olunur ki, Vidadi Zeynalov qaynı Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərovla birlikdə Çexiyanın Praqa və Brno şəhərlərində otelçilik biznesi yaradıblar. Aparat rəhbəri ilə icra başçısının Çexiyadakı biznesi təkcə otelçiliklə bitmir. Belə ki, bu iki qohum məmur bu ölkədə bir neçə böyük pub bar və restoran da alıblar. İnformasiya mənbəmiz qeyd edir ki, Vidadi Zeynalovun Çexiyadakı biznesini Ceyhun Cəfərovun ən yaxın qohumu və dostu idarə edir. Vidadi Zeynalov hər il məzuniyyətini Çexiyada keçirir və buradakı biznesi ilə yaxından maraqlanaraq çatışmayan işləri yoluna qoymağa çalışır. Hər iki məmurun Çexiyadakı otelçilik və pub biznesinə ümumilikdə bir neçə milyon dollar yatırım yatrıdığı deyilir.
Bundan başqa Vidadi Zeynalovla Ceyhun Cəfərov Çexiyada məşhur istirahət mərkəzi Karlovy Varyada tiroaq sahəsi alaarq burada yan yana dəəbdəbəli iki villa tikdiriblər. Həmçinin 11 ay öncə Vidadi Zeynalovun paytaxtın Nəsimi rayonunda 400 kvadrat metrlik böyük bir obyekt aldığı və hazırd ahəmin obyektin kirayə verildiyi bildirilir. Aparat rəhbərinin paytaxta 30-yaxın luks mənzillərinin, həmçinin Nabranda torpaq sahəsinin olduğu deyilir. Onun qara bazarda obyekt bina ev alqı satqııs işlərini əslən Yevlax rayonundan olan bir maklerin həyata keçirdiyi iddia olunur. Qeyd edək ki, Vidadi Zeynalovun bir vaxtlar Azərbaycan İqtisadi Universitetində indiki nazir Əli Abbasovla işlədiyi dövrlərdə Şəmsəddin Hacıyevlə birləşərək hazırkı bosuna qarşı çıxdığı və onun haqında mətbuata ötürülən bəzi informasiyalarda əlinin olduğu deyilir. Vidaid Zeynalovun Azərbaycan İqtisadiyyat Universitetində o zamankı rektor Əli Abbasova qarşı bəzi “məcaraları” ilə bağlı yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR