Şəhid əsgər dəfn edilib - VİDEO

26-07-2015, 11:47 1220 dəfə baxılıb

Şəhid əsgər dəfn edilib - VİDEO




















Düşmənin qarşısı alınarkən şəhid olmuş Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu dəfn edilib

ANS TV-nin məlumatına görə, Vətən uğrunda canını qurban verən şəhidimiz anadan olduğu Gədəbəyin İvanovka kəndində torpağa tapşırılıb.

Fətəliyev Eldar Səxavət oğlunun meyidi hərbi qulluqçular tərəfindən yaşadığı İvanovka kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Daha sonra şəhid yaşadığı kənddə torpağa tapşırılıb. Şəhid Fətəliyev Eldar Səxavət oğlu Silahlı Qüvvələrimizin hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama etdi. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Bütün hallarda düşmənə atəşlə zərər vurulmaqla o susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyindən o da bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumu yüksəkdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR