Leyla Əliyeva övladlığa uşaq götürdü

27-07-2015, 13:12 1283 dəfə baxılıb

Leyla Əliyeva övladlığa uşaq götürdü



















Körpənin adı Əminədir

Tərəfimizdən uşaq evləri, internat məktəbləri tez-tez ziyarət olunur və bu mütəmadi ziyarətlərin, ünsiyyətin sayəsində buradakı uşaqlarla, gənclərlə mehriban və səmimi münasibət yaranıb. Artıq demək olar ki, bu müəssisələrdəki hər bir usağı, hər bir gənci ayrı-ayrılıqda öz adı ilə belə tanıyırıq.

Bunu APA-ya müsahibəsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.

“Bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanmış və həmin körpəni övladlığa götürmüşdü”, - deyə, A.Ələkbərov bildirib.

Onun sözlərinə görə, “Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır”.

“Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”, - deyə, o, vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR