Rasim Əliyevi öldürən şəxslərin kimliyi məlum oldu

9-08-2015, 14:57 1068 dəfə baxılıb

Rasim Əliyevi öldürən şəxslərin kimliyi məlum oldu

















“Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağciyəri vurulub, partlayıb”

Bu gün dünyasını dəyişən jurnalist Rasim Əliyevin döyülmə faktı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Virtualaz.org xəbər verir ki, bunu Səbayel rayon prokurorunun köməkcisi deyib. O, mərhum jurnalistin ailə üzvlərinə bildirib ki, R.Əliyevi döyərək ona ağır xəsarətlər yetirən şəxslərin bir necəsinin kimliyi də məlum olub. Hazırda həmin şəxslərin həbs olunması istiqamətində işlər gedir.

Rasim Əliyevin babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib:

“Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu, səhərə yaxın 5-də olub”.

Mərhumun meyiti məscidə, oradan isə evlərinə aparılıb. Dəfn mərasimi saat 14:30-da Mehdiabad qəbiristanlığında olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR