«Qaçqınkom» hansı məmurlara ev verib?-SİYAHI

19-08-2015, 19:21 974 dəfə baxılıb

«Qaçqınkom» hansı məmurlara ev verib?-SİYAHI




















Siyahıda Ağdam icra başçısının müavininin, musiqi kollecinin və baş həkimin də adı var

Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün evlərin tikilməsi uzunillərdir davam etsə də, narazılıq səngimək bilmir. Ötən günlərdə Bərdədə keçirilən ard-arda iki aksiya da təsdiq etdi ki, prosesi həyata keçirən «Qaçqınkom»u məcburi köçkünlər deyil, şəxsi mənafeləri maraqlandırır.

Redaksiyamızın apardığı araşdırma zamanı məlum olub ki, «Qaçqınkom» məcburi köçkünləri deyil, elə yerli məmurları düşünür. Bunu təsdiq edən faktlar isə yetərli qədərdir.

Bildirək ki, «Qaçqınkom»un mənzil peşkəş etdiyi məmurlardan biri Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimovadır. Redaksiyamızın dəqiqləşdirmələrinə görə, xanım Rəhimovanın Bakıda, Bərdədə evləri olduğu halda, «Qaçqınkom» ona yeni tikilən qəsəbədə daha bir mənzil hədiyyə edib. Və bu da belə əsaslandırılıb ki, guya, qaçqınlıq həyatı yaşayan icra başçısının müavininin evə ehtiyacı var.

Amma Əli Həsənovun mənzil peşkəş etdiyi məmurların sayı heç də Arzu Rəhimovayla məhdudlaşmır. Ağdamda yüksək vəzifədə çalışan Hafiz Əzizadə də komitə sədrindən mənzil alıb. Bu məmurun da Bakıda və Bərdədə bir neçə evi var və başqalarının işlətməsinə verdiyi obyektləri mövcuddur. Və bunun üzərindən «imkansız» məmura daha bir ev də verilib.

Bir başqa mənzil sahibi olmuş şəxs Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevadır. Bakıda və Bərdədə evləri olan Laura xanımın Ağdamdakı Təzə Qəsəbədə də mənzil sahibi olması hamını təəccübləndirib. Çünki direktorun olmayan bir şeyi yoxdur.

Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanova da «ehtiyac içində» yaşayanlar kateqoriyasına şamil edilib. Baş həkim Bərdə və Bakıda mənzillərə sahibdir. İmkanları da xeyli çoxdur. Amma o da digər məmurlar kimi, Əli Həsənovun mənzili ilə «təltif» olunub və ona Təzə Qəsəbədə yeni ev verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR