Nəsimi DYP-nin mayoruna rüşvət ittihamı

20-08-2015, 15:37 1002 dəfə baxılıb

Nəsimi DYP-nin mayoruna rüşvət ittihamı

















Aqşin Məmmədov: «Mehman Fətəliyev dedi ki, bu işə keçmək üçün mənim ağırlığında pul verib»

«Nəsimi Yol Polisi Şöbəsinin əməkdaşı, mayor Mehman Fətəliyev vəzifə səlahyyətlərindən sui-istifadə edərək, məndən 400 manat rüşvət alıb». Bunu redaksiyamıza Bakı şəhər sakini Aqşin Məmmədov yazaraq bildirib.

O qeyd edib ki, 17 avqust 2015-ci il tarixdə dostu Elşadın ağrılarının tutması səbəbindən özünə məxsus olan "Hyundai Veloster" markalı 99 CG 061 nömrə nişanlı avtomobiliylə xəstəxanaya aparan zaman DYP əməkdaşları tərəfindən saxlanılıb. «Heç bir əsas olmasa da maşınımı cərimə meydançasına apardılar. Baxmayaraq ki, bütün sənədlərim qaydasında idi, heç bir yol hərəkəti qaydaları pozuntusuna da yol verməmişdim. Nəsimi Yol Polisi Şöbəsinin əməkdaşı, mayor Mehman Fətəliyev mənim iradıma cavab olaraq bildirdi ki, səs-küy salmağının heç bir mənası yoxdur. Üstəlik «Mən Xəzər Rayon Polis İdarəsindən Nəsimi RPİ-nə sənin ağırlıqda pul verib keçmişəm» deyə bildirdi».

Redaksiyamıza yazan Aqşin Məmmədov bildirir ki, səhəri gün avtomobilini cərimə meydançasından çıxarmaq istədikdə isə ondan 500 manat istəyiblər. «Şəxsən mayor Mehman Fətəliyevə 400 manat verib maşınımı cərimə meydançasından çıxardım. Ancaq heç bir protokol yazılmadı. Sadəcə, sənədlərimin surəti çıxarılıb götürüldü. Sonradan bildim ki, bunu da ona görə ediblər ki, əgər şikayət edərəmsə, tez köhnə tarixə protokol yazıb saxta işlərinə don geyindirsinlər».

Mayor Mehman Fətəliyevin 400 manat pul almasını görən iki nəfər şahidin olduğunu bildirən A.Məmmədov qeyd edib ki, o, aidiyyıtıqurumlara müraciət edib. «Bilirəm ki, bundan sonra təhlükə ilə rastlaşa bilərəm, məni şərləyə bilərlər. Ancaq ona görə şikayət edirəm ki, belə çirkin üsullarla digərlərinin əsbləri ilə oynayıb cibini soymasınlar».

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR