Tolik polislə hədələdi

25-07-2018, 19:32 789 dəfə baxılıb

Tolik polislə hədələdi

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə ünvanına tənqid yazanları hədələyib.

Tolik sosial şəbəkədə onu təhqir edən bir oğlanın fotosunu paylaşaraq, onu axtardığını yazıb. Daha sonra isə paylaşımını silən prodüser hər kəsə səslənib və xəbərdarlıq edib:

"Əziz dostlar, hamınızdan xahiş edirəm, yazdığınınz ittihamlara görə məsuliyyət daşıdığınızı yaddan çıxarmayın. Bəziləri yazır, amma yaddan çıxardır ki, səhifələrində özlərinin, ailələrinin şəkilləri var. Bundan sonra heç kim məndən inciməsin. Mənə dediyi sözlərə görə gələr dövlət qarşısında cavab verər.

Heç kim sahibsiz deyil ki, ağzına gələn ləkəni yaxsınlar. Məni bəyənmirsiniz, canınız sağ olsun. Amma ləkə yaxmaq, təhqir, alçaltma kimi yazıların hamısını "screen" edib aidiyyəti qurumlara göndərəcəm".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR