Tanınmış müğənnini Telman İsmayılov oğurlatdırıb?

19-09-2018, 17:37 534 dəfə baxılıb

Tanınmış müğənnini Telman İsmayılov oğurlatdırıb?


Rusiyalı müğənni Avraam Russo hüquq-mühafizə orqanlarına müraciət edərək, 2004-cü ildə oğurlanmasının və döyülməsinin biznesmen Telman İsmayılovun sifarişi əsasında olduğunu bildirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaq komitəsi sentyabrın 17-də Russonun döyülməsi və oğurlanması ilə bağlı cinayət işinə başlayıb.

Elə həmin gün bu işdə şübhəli bilinənlərdən biri - İsmayılovun qardaşı oğlu, “Praqa” restoranın keçmiş baş direktoru Zaur Mərdanov saxlanılıb.
Ehtimal olunur ki, o zaman iş adamları və qonaqlar üçün çıxışlar edən Russonun qaçırılmasını İsmayılov təşkil edib. Onun oğurlanması üçün İsmayılov Mərdanovu və ətrafında olan daha beş nəfəri bu işə cəlb edib.

Telman İsmayılovun vəkili Marina Rusakova hesab edir ki, müştərisinin ünvanına səsləndirilən fikirlər qanunsuz, uydurma və absurddur. O, Russonun 14 il sonra bu işdən şikayət etməsini məntiqsiz sayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR