"Özünü tanımayan "qaquş"lar deyir ki, Yetim Eyvazın oriyentasiya pozğunluğu olan oğlu"

20-09-2018, 03:10 1115 dəfə baxılıb

"Özünü tanımayan "qaquş"lar deyir ki, Yetim Eyvazın oriyentasiya pozğunluğu olan oğlu"



“Atam bizi atdı və evimizdəki hər şeyi satdı”

Mərhum şair Eyvaz Qurbanovun (Yetim Eyvaz) oğlu Aqşin Qurbanov Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Aqşın, mətbuata atanla bağlı verdiyin sonuncu müsahibə nədənsə çox müzakirə edildi...Səncə, niyə?

- Mən “Azərbaycanın səsi” yarışmasında iştirak edəndə heç kəs mənim ifalarımı işıqlandırmadı. Həmin ərəfədə heç kim məni tanımaq istəmədi. Amma atam dünyasını dəyişəndən sonra məni gündəmə gətirdilər. Dedilər ki, Eyvazın oğlu elədi, belədi. Barəmdə pis fikirlər səsləndirən insanlara demək istəyirəm ki, əgər Eyvazı bu qədər sevirdinizsə, niyə ildönümünü qeyd etmirdiniz? Mən övlad kimi necə qəbul edilməyə bilərəm? Barəmdə deyirlər ki, Yetim Eyvazın oriyentasiya pozğunluğu olan oğlu... Ancaq bu oğul atasının qəbir daşını düzəltdirdi. Niyə? Əgər mən pis insanamsa, əmim və başqaları pulumu da qəbul etməsinlər. Atamla aram yaxşı idi. Mənə bir ev qoyub getdi.

- Atan dünyasını dəyişənə qədər münasibətiniz necə idi?

- Əgər hər şeyi belə açıq bilmək istəyirlərsə, atam 1996-cı ildən bizi atıb getmişdi. Anam indi sağdır, Sumqayıtda yaşayır. Ondan atamın necə bir insan olduğunu soruşsunlar. Hətta anama sual versinlər ki, qəbul edilməyən oğlunuz sizə və qohumlarınıza necə baxır? Atam içib-çəkən adam idi. Bizə heç baxmırdı. Hətta evimizdə olan bütün əşyalarımızı da satardı. Anamın bütün əşyalarını satmışdı. Bir sözlə, evdə heç nə qalmamışdı.

- Sosial şəbəkədə yazırlar ki, “bu da Yetuim Eyvazın oğlu”. Bu sənə necə təsir edir?

- Bu mənə əsəb verir. Özüm nevrozam. Təqdimat başqa cür də ola bilər. Özünü tanımayan insanlar məni sosial şəbəkədə tənqid edirlər. Guya onlar Eyvazı sevirlər. Pis şərhlər yazanlar gəlib məni tanısınlar, daha sonra barəmdə nəsə fikir söyləsinlər. İnsana görünüşünə görə qiymət vermək olmaz. O qədər insan var ki, normal insan kimi doğulur, amma fiziki qüsuru olur. Mən də belə dünyaya gəlmişəm. Mən demirəm ki, Allah məni belə yaradıb. Bəlkə də Allahın məndən xəbəri yoxdur. Bu mənim özümün seçdiyim yoldur, əladır, gözəldir, yaxşı yoldur.

- Bəs tənqidlərə nə cür reaksiya verirsən?

- Əvvəllər daha çox reaksiya verirdim, amma indi o qədər də yox.

- İstərdim ailən haqqında danışasan. Ailədə neçə uşaqsız?

- Ailədə 5 uşaq olmuşuq. 3 bacı və 2 qardaş. Evin ən kiçik övladı mənəm. Hazırda anama, qardaşıma da mən baxıram. Hətta lazım gəlsə, məni bəyənməyən qohumlarıma da baxıram.

- Ailədə sənə qarşı münasibət nə yerdədir?

- Bir tək evimizə gedib-gəlirəm. Qohumlarımın evinə getmirəm, getsəm, ayağımın altında qoyun kəsərlər. Onlarla münasibət saxlamıram, heç maraqlı da deyil. Mənə yad qohumdan daha yaxşıdır. Sadəcə adam burda çox sözü deyə bilmir.

- Müğənni kimi fəaliyyətini davam etdirirdin, hətta “Azərbaycanın səsi” yarışmasının 3-cüsü oldun. Bəs niyə fəaliyyətini dayandırdın?

- İndi hamı oxuyur. Müsabiqədə olan zaman məndən yazan olmadı. Amma atan ölən kimi məni tez tapdılar. Allaha şükür olsun ki, mənim oxumağım da yaxşıdır. Mahnılara ürək qoymağı bacarıram. Vaxtında mənə kömək edən olmadı. İlk dəfə mənə mərhum müğənni Şəfa kömək olub. Bir də Nadir Qafarzadə mənə dəstək olub. Yenidən müğənnilik fəaliyyətimi bərpa etmək istəyərdim. Amma məndə kiməsə yaltaqlanmaq yoxdur. Yəni deyə bilmərəm ki, mənə dəstək olsunlar.

- Elə məşhurların övladları var ki, təqdim olunan zaman adlarının qarşısında atalarının, analarının adının hallanmasını istəmir. Bəs sən necə?

- Allah rəhmət eləsin, amma atam mənə köməklik etməyib. Buna baxmayaraq, atamı sevirəm, çünki bu dünyada olmağımın səbəbkarı odur. Amma o, mənə nə edib ki? “Yetim Eyvazın oğlu” təqdimatına görə Sumqayıtda bir dəfə tamada ilə dalaşmışam. Əslində bu günkü gün də bu vəziyyətdə olmağımın səbəbkarı atamdır. Atamdan qorxsaydım, bəlkə də belə olmazdım. Yaşayış durumumuz çox pis idi. Anam çörək, xlor satıb, bizi dolandırırdı. Anam öz alın təri ilə, namusu, qeyrəti ilə bizi saxlayıb. Həyatımı anama borcluyam. O bizi əziyyətlə böyüdüb. İndi də anama görə yaşayıram.

- Bir neçə ay öncə səni tənqid edən izləyicini söhbətə çağırmışdın...

- Ağızlarına gələn təhqirləri yazırlar. Birbaşa mənim ölümü söyürlər. Mən özümə cavabdehəm. Allaha şükür ki, mənim 3 bacım var. Üçünün də gözəl ailəsi, uşaqları var. Hətta bacımın, qardaşımın uşaqları arasında əsgər gedəni, ailə quranı var. Ağzına gələni yazanlar mənim ailəmi, nəslimi nəzərə almırlar. Mən həyatda necə varamsa, eləyəm.

- Görkəminə görə narahatçılıq keçirirsənmi?

- Əvvəllər hə, indi yox. Artıq vecimə də deyil.

- Bir neçə dəfə də intihara cəhd eləmisən....

- Hə, olub. Sonuncu dəfə 1 il bundan qabaq intihara cəhd elədim. Mən tez yorulan, bezən insanam. Çox adam məni davakar insan kimi tanıyır. Amma əslində elə deyiləm, kövrək insanam.

- Aqşin bir ifaçı kimi hansı müğənnilərə qulaq asa bilmir?

- Meyxanaçılarla oxuyan qızlara qulaq asa bilmirəm. Demirəm ki, dahi bir sənətkaram, fikir bildirirəm. Onlar bilir ki, kimi deyirəm. Ömür boyu müğənni ola bilməyəcəklər. Üzeyir Mehdizadəyə insan kimi hörmət edirəm, amma qulaq asa bilmərəm. Bu siyahıda bir-iki nəfər də var.

- Adlarını çəkə bilərsənmi?

- Onların kütlələri var, xətirlərinə dəymək istəmirəm. Özləri üçün oxuyurlar.

- Damlanı nəzərdə tutursan?

- Oxumasınlar da. Başqa işlə məşğul olsunlar. Onlara qulaq asa bilmirəm. Fikrim sizə çatdı da. Qulaq asa bilmirəm. Məcburdu? Elton, Tacir, Nadir, Fədayə Laçın, Aygün Bəylər, Brilliant, Aygün, Röya... Bax bunlara qulaq asa bilərəm. Bir də onu da deyim ki, müğənnilər haqqında dediyim sözlərə görə kimsə etiraz etsə, mənim nömrəmi tapsınlar, gəlsin söhbət edək, onlara başa salım.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR