“Diriliş Ərtoğrul”un FİNAL tarixi bəlli oldu

27-03-2019, 17:05 454 dəfə baxılıb

“Diriliş Ərtoğrul”un FİNAL tarixi bəlli oldu

Rekordları qıran "Diriliş Ərtoğrul” serialının final tarixi bəlli olub.

"Diriliş Ərtuğrul”un final bölümü mayın 29-da yayımlanacaq. Serial yeni mövsümdə baş rolda Burak Özçivitin iştirakı və "Osman Qazi” adlı ilə yayımlanacaq.

"Osman Qazi” serialının ilk bölümü isə noyabrın 13-də TRT 1-də nümayiş olunacaq.

Türkiyə mətbuatının yazdığına görə, adıçəkilən layihənin sonuncu bölümündə Ərtoğrul seriala ölərək vida edəcək. Buna səbəb kimi baş rol qəhrəmanı Engin Altan Düzyatanın Burak Özçivitlə eyni serialda oynamaq istəməməsi olub. Odur ki, təşkilatçılar onları ayrı-ayrılıqda çəkməyə qərar verib.

Qeyd edək ki, serialda ozan rolunda azərbaycanlı musiqiçi Şəmistan Əlizamanlı da rol alır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR