Mətanətin “Gündəlik” verilişi bağlandı

2-10-2015, 15:42 972 dəfə baxılıb

Mətanətin “Gündəlik” verilişi bağlandı




















“Həyatda necəyəmsə, efirdə də o cür oluram”

ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın aparıcılıq etdiyi “Gündəlik” verilişi yeni mövsümdə efirə qayıtmayacaq.

Axşam.az-ın verdiyi məlumata görə, aparıcı yeni layihə ilə efirə çıxacağını bildirib:

“Bu yay dincəlmədim. Bütün günü Bakı-Sumqayıt yolunda oldum, evimə gedib, işimə gəldim. Yeni verilişimin gecikməsinin səbəbi dekorasiyamızdır. Tam hazır olmadığı üçün oktyabrın 15-dən sonra yayıma başlayacağıq. Bir neçə günə reklam çarxını hazırlayacağıq. “Gündəlik” verilişi isə artıq olmayacaq.

Yeni proqramım səhər saatlarında yayımlanacaq. Burada hər şey var – maraqlı söhbət, idman, arıqlama. “Gündəlik” proqramından tam fərqlənəcək. Verilişdə nələr edəcəyimi əvvəlcədən açıqlaya bilmirəm, çünki mən qabaqcadan ssenari hazırlayıb onu etmirəm. Həyatda necəyəmsə, efirdə də o cür oluram”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR