“Kiyevlə aranızda olan münaqişəyə NATO-nu qatmayın“

14-05-2019, 16:09 276 dəfə baxılıb

“Kiyevlə aranızda olan münaqişəyə NATO-nu qatmayın“

ABŞ Administrasiyası Budapeştdə hüquq bərabərliyinin pozulması kimi hesab edilən “Təhsil haqqında” qanunla bağlı Ukrayna ilə münaqişə məsələsində Macarıstanın tərəfini saxlamaqdan imtina edib.

Bununla belə, Vaşinqton Orban hökumətini bu mübahisəyə NATO-nu cəlb etməməyə çağırıb.

Xatırladaq ki, yarım il bundan əvvəl Ukraynanın “Təhsil haqqında” qəbul etdiyi qanunda 2020-ci ildən başlayaraq ölkədə bütün tədris prosesinin Ukrayna dilində keçirilməsi nəzərdə tutulur. Bir sıra ölkələr, o cümlədən Macarıstan da buna qarşı çıxış edib.

Ağ Evin nümayəndəsi bu gün Budapeşti məsuliyyətli davranmağa və onunla Kiyev arasında olan anlaşmazlığı birbaşa danışıqlar yolu ilə həll etməyə çağırıb


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR