“Oğlumu qan içərisində tərk ediblər”

23-05-2019, 11:07 253 dəfə baxılıb

“Oğlumu qan içərisində tərk ediblər”


Ermənistanda məhkəmə öldürülən erməni hərbi qulluqçu Hovsep Muradyanın valideyninin lehinə hökm verməyə məcbur olub.

Metbuat.az erməni KİV-inə istinadla xəbər verir ki, erməni müstəntiqlərin əməllərində qanunla cəzalandırılması tələb edilən əlamətlər aşkar edilib.
Sənədlərin yox olması, ifadələrin məhv edilməsi barədə vəkilin illərdir məsələ qaldırmasına baxmayaraq, nəticə əldə edilmirdi.

Erməni hərbi ekspert Ruben Matevosyan qeyd edir ki, cinayət işinə aid olan 170-dən çox səhifə onlara təqdim edilməyib. Hərbi qulluqçunun atası Arman Muradyan məhkəməyə oğlunun döyülmüş, qan içərisində olan şəklini göstərib. Muradyan, oğluna yardım edildiyinin deyilməsinin yalan olduğunu, əksinə qan içərisində tərk etdiklərini vurğulayıb.

Martirosyan qeyd edir ki, Muradyanı psixoloji problemləri olan şəxs kimi təqdim edərək, onu döyən 11 nəfərə qarşı şikayətinin geri götürülməsinə məcbur ediblər.

“Hakim Rubik Mxitaryan prokurorluğun şikayətini dinləyib. Hökmü elan edən hakim, əsgər valideynlərinin lehinə olan 1-ci istansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Lakin mən yenə də məhkəmənin ədalətli qərar verə biləcəyinə inanmıram”, - deyə Martirosyan bildirib.

Qeyd edək ki, Arman Muradyanın oğlunun qətlinin istintaqı 2013-cü ildən etibarən aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR