1805-də itirilən, 1945-də qaytarılan 56 ada - atalarının məzarı üstünə turist kimi gedən yaponlar

13-08-2019, 10:26 239 dəfə baxılıb

1805-də itirilən, 1945-də qaytarılan 56 ada - atalarının məzarı üstünə turist kimi gedən yaponlar


Ruslar 1997-ci ildə Kurilə görə 30 milyard dollar istəyiblər, yaponlar “aşağı yeri yoxdurmu” deyiblər
Xəbərin qısa məzmunu belədir: “Bir qrup yapon vətəndaşı Kuril adalarına gələrək atalarının adadakı məzarlarını ziyarət edib. Bu, onların üçüncü ziyarəti olub, bundan əvvəl 2017-ci ilin sentyabrında, daha bir ziyarət isə 2018-ci ilin iyul ayında baş tutub”.

Öz dədə-baba yurduna turist kimi getmək

Bəli, yaponlar ildə bir dəfə öz dədə-baba yurdlarına gəlir, əzizlərinin məzarını ziyarət edirlər.

Bu, ruslar üçün adi xəbərdir, hətta onlar yaponlara etdikləri bu “yaxşılığ”a görə özləri ilə qürur duya, yaponlara minnət qoya bilərlər.

Image result for Kuril adaları yaponlar
Yaponlar üçün isə öz dədə-baba yurdlarını ildə bir dəfə ziyarət etmək, ağrılı, kədərli işdir. Başqa bir dövlətin əlinə keçmiş əzəli torpağına qonaq kimi gəlmək. Özü də hər istəyəndə yox. Bundan ötrü gərək Rusiya prezidenti ilə Yaponiya baş naziri anlaşsın.

Kuril adaları (56 ada) dəfələrlə gah rusların, gah yaponların əlinə keçib. Adların sonuncu dəfə Rusiyanın əlinə keçməsi isə sırf yaponların günahı üzündən baş verib. II dünya müharibəsinin ən aqressiv və vəhşi iştirakçılarından biri olan öz regionunu, hətta alman faşistlərindən də böyük arealda qana çalxayıb, Çinin içindən keçib, Filippinə qədər gedib, SSRİ-ni təhdid edib, ABŞ-a ağız atıb. Nəticədə çox ağır cavablar alıb. İki atom bombası ilə tamamən çökdürüldükdən sonra öz məcrasına çəkilib.

İşğalçı müharibədə uduzanda öz ərazisi işğal olunur

Dünyanın işi belədir: aqressor öz başlatdığı müharibəni uduzursa, onu “hərəkətin çıxış vəziyyəti”ndə qoymurlar, “sındı qol-qanadım, yanıma düşdü” deyəcək vəziyyətə salırlar.



II dünya müharibəsinin başa çatmasıyla Köniqsberqi və bir çox şəhərlərini Rusiya və Polşaya güzəştə getməyə məcbur olan Almaniya kimi, Yaponiya da Kuril adalarını itirməyə məcbur oldu. Daha dəqiqi, Yaponiyanın kapitulyasiya aktı imzalamasından bir həftə öncə SSRİ “yıxılana balta vurdu”, artıq inçəsi əzilmiş ilan durumunda olan Yaponiyaya müharibə elan etdi və Kuril adalarını ələ keçirdi. Çünki bu adaları vaxtilə rus-yapon müharibəsində məğlub olan Rusiya Yaponiyaya güzəştə getməyə məcbur olmuşdu. 1945-ci ildə, necə deyərlər, Allar rusların qismətini yetirdi.

Nə o zaman, nə də ondan 8-10 il sonraya qədər Yaponiya Kuril hayında ola bilmədi. Ancaq yaponlar özlərinə gələndən, güclənəndən, iqtisadi baxımdan dünyanın ən qüdrətli dövləti olandan sonra öz əzəli torpaqlarıyla bağlı iddialar səsləndirməyə başladılar.

Nüvə dövləti ilə zor dilində danışmaq mümkün olmadığına görə…

Budur, azı otuz ildir yaponlar rusların sağına, soluna keçir, xahiş-minnətlə, pul-parayla, yalvarışla, başbişirmə ilə Kuril adalarını geri almağa çaçışırlar. Onların bu istəyində aqressiya yoxdur və ola bilməz. Yaponiya bir də heç zaman hansısa nüvə dövləti ilə savaşmağa qalxmaz. Ona görə də onların Kuril üçün ruslara yalvarmaqdan başqa çarəsi yoxdur. İndilikdə gücləri yalnız Kurilə səyahətə, ziyarətə gəlməyə çatır.

Rusiya dövləti isə nəsə çox güclü bir sarsıntıya məruz qalmasa, parçalanmasa, Kurili Yaponiyaya qaytarmayacaq. Hansı rusiyalı siyasi lider belə bir rəzalətə imza atar? Heç biri. Mümkün deyil. İndinin özündə belə qonşuluğundakı dövlətlərin torpağına göz dikən, Krımı ilhaq, Donbası işğal edən, Abxaziyada, Osetiyada, Pridnstrovyedə özünə bastionlar quran dövlət 74 ildən bəri sahibləndiyi adaları geri verərmi?

Image result for Kuril adalarına ziyarətə gedən yaponlar
Əslində Kuril adaları elə bərəkətli yer deyil, yeraltı, yerüstü sərvətləri yoxdur. Adalardakı 100 vulkanın 35-I aktivdir. Bu adalarda ümumilikdə 20 min adam yaşayır – yəni bir böyük qəsəbənin əhalisi qədər.

-“Kurili neçəyə deyirsən?”- “30 milyarda”. – “Çoxdur”. – “Özünüz bilin”

Bəlkə də elə buna görə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1997-ci ildə Kuril adalarını geri qaytarmaq üçün Yaponiyadan 30 milyard tələb edəndə Yaponiya hökuməti bu məbləğin çox olduğunu deyib və razılaşmayıb. Bunu 1996-97-ci illərdə Yaponiyanın baş naziri olmuş Haşimoto açıqlayıb.

Image result for yeltsin haşimoto
Image result for Kuril adalarına ziyarətə gedən yaponlar

Bəlkə də indi Yaponiya tərəfi Kurilə görə 50 milyard da verər, sadəcə, o vaxt Yeltsini üzüyumşaq görüb bazarlaşmaq istəyiblər, o da alınmayıb. Putin isə torpaq bazarlığına gedən adama oxşamır. O, Yaponiya rəhbərləri ilə vaxtaşırı görüşüb müzakirə aparsa da, fikrini dəyişmir, eləcə səyahətə, ziyarətə icazə verir.

İndi yaponların öz əcdadlarının məzarını ziyarətə gəlməsi ona görə dünya informasiya məkanında yer alır ki, ortada mübahisəli məsələ var.

Əslində dünyada belə mübahisəli, əldən-ələ keçmiş, aborigen əhalisi deportasiya olunmuş ərazilər çoxdur, bütün regionlarda var. Bəzi xalqlar artıq öz əzəli ərazilərindən əllərini üzüblər, heç ziyarətə-filana da getmirlər. Bəziləri isə öz ərazilərindən vaz keçmirlər, mübarizə aparırlar, əvvəl-axır geri qayıdacaqlarına inamlarını itirmirlər.

Biz yapon olmasaq da, ermənilər rus siyasəti yeridirlər
Image result for Qarabağ
Bizim əldən verdiyimiz Qarabağla Kuril adaları arasında heç bir bənzərlik olmasa da, durum tək bir məsələdə eynidir. O da ondan ibarətdir ki, Qarabağ bizdə deyil. Amma biz buna görə nə qəsbkar ermənilərlə barışırıq, nə də Qarabağa turist səfərinə getmək fikrimiz var. Biz gülümsər çöhrəli, mülayim xasiyyətli yapon olmasaq da, ermənilər “tutmuşamsa, mənimdir, qanla alınan torpaq qansız verilməz” deyən ruslar kimi düşünürlər. İndilikdə belədir.

Onu da bilirik ki, tarixdə bir dövlətin fürsətdən yararlanaraq başqa bir dövlətin hansısa ərazisini ələ keçirməsi halı yüz dəfələrlə olub, amma çox zaman tarixi ədalət əvvəl-axır bərpa olunub. Qarabağda da elə olacaq, insanlar öz əcdadlarının məzarını başqa dövlətin icazəsi ilə yox, birbaşa ziyarət edəcəklər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR