Orta məktəblərdə işğal dərsi: Şagirdlər hücuma necə hazırlaşdırılır?

13-08-2019, 00:00 724 dəfə baxılıb

Orta məktəblərdə işğal dərsi: Şagirdlər hücuma necə hazırlaşdırılır?




Ermənistanda əsasən orta məktəblər üçün nəzərdə tutulan və yeni hazırlanan “Böyük Ermənistan” xəritələri ictimaiyyətə təqdim edilib.

Tarixi Azərbaycan torpaqları üzərində bərqərar olan Ermənistanla yanaşı, Qarabağı da erməni torpağı kimi göstərən xəritədə maraqlı digər nüanslar da mövcuddur. Bu nüanslardan biri isə Azərbaycan və Türkiyənin bəzi torpaqlarının da Ermənistan ərazisi kimi təqdim edilməsidir. Belə ki, Naxçıvanla yanaşı, Türkiyənin Van, Ərzurum və s. bölgələri də tarixi erməni torpaqları kimi əks olunub. Xəritədə “Böyük Ermənistan”ın Qara dəniz sahillərinə qədər gedib çıxdığı aydın görünür.



Erməni ideoloqalrı hesab edir ki, bu xəritələr erməni gənclərinin qarşıdakı fəaliyyəti üçün mayak rolunu oynamalı, onlara gələcək işğallarda yol göstərməlidir. Başqa sözlə desək, xəritə erməni şagirdlərinin ideoloji baxımdan silahlandırılmasını və gələcək işğallara məqsədyönlü şəkildə hazırlanmasını nəzərdə tutur.MODERATOR.AZ


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR