Kanada Rusiyanın G7-yə qoşulmasına qarşı çıxıb

23-08-2019, 13:20 34 dəfə baxılıb

Kanada Rusiyanın G7-yə qoşulmasına qarşı çıxıb


Kanada hökuməti Böyük səkkizlik formatının bərpasına qarşı çıxıb.

Bu barədə “Reuters” hökumətə yaxın mənbəyə istinadən məlumat yayıb.

“Rusiya görüşə dəvət olunmayıb və baş nazir Castin Trüdonun, Kanadanın mövqeyi dəyişməyib, ötən il necə idisə, elə də qalır. Ötən il də bu sual ortaya çıxdı və cavab “yox” oldu”, – deyə mənbə bildirib.

Kanadanın xarici işlər naziri Xristya Friland da Ottavada ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşün nəticələrinə dair mətbuat konfransında eyni fikirləri səsləndirib. Onun sözlərinə görə, Rusiya Böyük səkkizliyə qayıtması üçün Krımı tərk etməli və Donbassda müharibəyə son qoymalıdır.

“Bununla bağlı bizim mövqeyimiz çox dəqiqdir, mənim şəxsi mövqeyim də aydındır. Rusiya Krımı ayırmaqla ciddi şəkildə beynəlxalq hüquqları pozub və Donbassda müharibəni davam etdirir. Biz bunu qəbul edə bilmərik. Rusiyanı bir ölkə kimi qarşılamağa hazırıq, ancaq bunun üçün Krımdan çıxmalı, Donbassda müharibəni dayandırmalıdır”, – Friland belə deyib. (APA)

WhatsAppFacebookFacebook MessengerTwitterShare


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR