Paşinyan İrəvanda “Heyvagülü” oynadı - VİDEO

10-09-2019, 23:04 82 dəfə baxılıb

Paşinyan İrəvanda “Heyvagülü” oynadı - VİDEO

Sosial şəbəkələrdəki erməni istifadəçiləri İrəvanda Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi “ilin toyu”na aid görüntüləri paylaşıblar.

Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyanın qızı Anait və biznesmen Xaçatur Çarukyanın oğlu Albertin toyunda Paşinyan Azərbaycanın xalq rəqsi “Heyvagülü” sədaları altında oynayıb.

Qeyd edək ki, “Heyvagülü” – əsasında “Segah” muğamının dayandığı Azərbaycan xalq rəqsidir. Əsasən “qara zurna” ilə ifa edilir. Azərbaycanlılar arasında sözügedən rəqs həmçinin, “Ağabəy rəqsi” kimi tanınır.axar.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR