Korbin ABŞ-ın sirlərini Rusiyaya ötürəcək - Şok iddia

16-09-2019, 11:08 224 dəfə baxılıb

Korbin ABŞ-ın sirlərini Rusiyaya ötürəcək - Şok iddia

Britaniya müxalifətinin lideri Ceremi Korbin ölkəsinin ABŞ-a verdiyi kəşfiyyat məlumatlarını Rusiya hökumətinə ötürə bilər.

Bu barədə "Teleqraf" nəşri ABŞ Prezidenti Donald Trampın keçmiş məsləhətçilərinin dəstəyi ilə hazırlanmış hesabata istinadən yazıb.

Qeyd olunan halın Korbinin hakimiyyətə gələcəyi halda mümkün ola biləcəyi bildirilib. Belə ki, Korbinin ABŞ və NATO müttəfiqliyindən imtina edəcəyi və aktiv şəkildə Rusiyanı dəstəkləyəcəyi də istisna edilmir.

Hesabatda Korbinin rəhbərlik edəcəyi hökumətin NATO və bir sıra kəşfiyyat alyanslarında iştirakının azaldıla biləcəyi göstərilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR