Venesuela yenə qaranlığa qərq oldu – Elektrik enerjisi böhranı baş verib

19-01-2020, 10:08 332 dəfə baxılıb

Venesuela yenə qaranlığa qərq oldu – Elektrik enerjisi böhranı baş verib


Venesuelada növbəti elektrik enerjisi böhranı baş verib.

Bu barədə “Netblocks” monitorinq agentliyi “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Yanvarın 18-də yerli vaxtla saat 09.00 radələrində ölkənin şimalında və qərbində, ümumilikdə 23 ştatdan 16-da enerji təchizatında elektrik enerjisi təchizatında problem yaranıb. İndiyə qədər Taçira ştatında abonentlərin 14 faizini, Merida ştatında 23 faizini və Karabobo ştatında 45 faizini yenidən elektrik enerjisi ilə təmin etmək mümkün olub.

Elektrik enerjisində yaranan fasilə ölkənin 5 ştatında internetlə bağlı problemlərə yol açıb.

Qeyd edək ki, keçən ilin mart ayında Venesuelanın 23 ştatından 20-də elektrik enerjisi təchizatı dayanıb və bu problemi bir həftədən tez aradan qaldırmaq mümkün olmayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR