Türkiyə İdlibdə daha 55 Suriya hərbçisini zərərsizləşdirib

13-02-2020, 15:34 273 dəfə baxılıb

Türkiyə İdlibdə daha 55 Suriya hərbçisini zərərsizləşdirib

İdlibdə Suriya ordusunun 55 hərbçisi zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib: "Müxtəlif mənbələrdən alınan son məlumata görə, bu gün İdlib bölgəsində Suriya rejiminin 55 ünsürü zərərsizləşdirilib".

Daha əvvəl Ankara 101 Suriya hərbçisinin zərərsizləşdirildiyini bildirib.

Xatırladaq ki, fevralın 3-də Suriya ordusunun İdlibdə açdığı atəş nəticəsində 8 türk əsgəri və mülki şəxs həlak olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR