Gürcüstanda qalmaqal: Azərbaycanlı qız qaçırılıb

22-02-2016, 12:32 620 dəfə baxılıb

Gürcüstanda qalmaqal: Azərbaycanlı qız qaçırılıb















Hadisə ilə bağlı axtarış aparılmır

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində qız qaçırılması insidentə səbəb olub.

APA-nın məlumatına görə, hadisə fevralın 19-da baş verib.

Qaçırılan S.Bayramovanın valideynləri və qohumları hadisə ilə bağlı polisə müraciət edib, cinayət işi qaldırmağı və qızı qaçıranların həbs edilməsini tələb ediblər.

Qaçırılan qızın valideynləri və yaxın qohumları bu gün polisin onların müraciətinə laqeyd yanaşdığını söyləyərək Tiflis-Rustavi magistralını bağlamağa cəhd ediblər. Polisin yol patrul xidməti bu cəhdin qarşısını alıb.

Qaçırılan qızın anası Nailə Qurbanova Gürcüstanın “Rustavi-2” kanalına açıqlamasında övladının yeri barədə polisə məlumat verildiyinə baxmayaraq, hadisə ilə bağlı axtarış aparılmadığını bildirib.

Onun sözlərinə görə, qızı Marneuli rayonuna qaçırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən isə faktla bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi qaldırıldığı bildirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR