FHN əməkdaşı iş yerində öldürülüb: NAMUS DAVASI

9-05-2019, 11:15 68 dəfə baxılıb

FHN əməkdaşı iş yerində öldürülüb: NAMUS DAVASI
Sumqayıt şəhərində 35 yaşlı kişi qətlə yetirilib.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu iş yerində bıçaqlanaraq öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan öncə yayılan məlumatda isə hadisənin başvermə səbəbi belə təsvir olunurdu:FHN-nin Sumqayıt Regional Mərkəzinin binasının qarşısında Emin Vəli oğlunu bıçaqlayan şəxs həbs edildi. Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Şəmsəddin İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qətlin namus üstündə törədildiyi deyilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR