Peterburqda azərbaycanlı “qara bankirlər” tutuldu - 6 AYA 18 MİLYON QAZANIBLAR

14-06-2019, 22:32 333 dəfə baxılıb

Peterburqda azərbaycanlı “qara bankirlər” tutuldu - 6 AYA 18 MİLYON QAZANIBLAR

Rusiyanın Sankt-Peterburq şəhərində “qara bankirlər” yaxalanıb.

Virtualaz.org “Fontanka” nəşrinə istinadən xəbər verir ki, tutulan cinayətkar dəstənin rəhbəri kommunal mənzildə yaşayırmış və “peşə həmkarları”ndan fərqli olaraq, nağdlaşdırmanın faizini xeyli qaldırıbmış.

Nağd pul “sifarişçilər”ə Peterburqun Liqov prospektində Moldova vətəndaşı tərəfindən verilirmiş.

Mənbəyə əsasən, iyunun 13-də iqtisadi polisin “bank” şöbəsinin əməkdaşları əldə etdikləri informasiya əsasında axtarış tədbirləri həyata keçiriblər. Nəticədə, üç nəfər Rusiya federasiyası Cinayət Məcəlləsinin 172-ci (qeyri-qanuni bank fəaliyyəti) maddəsi üzrə şübhəli bilinərək saxlanılıblar.

Saxlanılanlardan ikisi Azərbaycan vətəndaşı, biri isə Moldovadandır. Onlar 14,5 faizlə 130 milyon rubl nağdlaşdırıblar və bu əməliyyatlar nəticəsində yalnız ötən ilin son altı ayında 18 milyon rubl qazanıblar.

Cinayətkar dəstə bu məqsədlə saxta “Standart” MMC-nin bank hesabından istifadə edirmiş.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR