Zuğulba çimərliyində sərxoş şəxslər iki xilasedicini döyüblər

11-07-2019, 13:43 267 dəfə baxılıb

Zuğulba çimərliyində xilasedicilər sərxoş halda olan şəxslər tərəfindən döyülüb. “Report” xəbər verir ki, sərxoş olan bir neçə şəxs Buzovna qəsəbə sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Ramili və Mahmudov Hüseyni döyüblər.

Mehdiyev Ramil qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alan şəxs aidiyyatı həkimlərin nəzarətinə götürülüb.
Zuğulba çimərliyində sərxoş şəxslər iki xilasedicini döyüblər


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR