Sabunçuda ər hamilə arvadına 19 bıçaq VURDU

12-08-2019, 19:20 502 dəfə baxılıb

Sabunçuda ər hamilə arvadına 19 bıçaq VURDU


Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

3 aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Onların 4 övladı var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR