Qaxda partlayışda yaralananların kimlikləri məlum oldu - SİYAHI

8-10-2019, 12:02 276 dəfə baxılıb

Qaxda partlayışda yaralananların kimlikləri məlum oldu - SİYAHI


Qaxda partlayış baş verib, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

***

Qaxda partlayış olub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Partlayış nəticəsində 5 nəfər rayon sakini xəsarət alıb. Xəsarət alanlar - 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayış qazıntı işləri aparılan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR