Bakda kütləvi İNTİHAR CƏHDİ - TƏFƏRRÜAT

15-02-2020, 11:27 38 dəfə baxılıb

Bakda kütləvi İNTİHAR CƏHDİ - TƏFƏRRÜAT

Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd göstərən şəxsləri xilas edib.

APA-nın məlumatına görə, Q.Qarayev prospektində dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə dayandırılıb.

Həmin şəxslər onları vəd verilərək Rusiyaya aparıb işlədən və 13000 dollar pullarını mənimsəyən şəxslərin cəzalandırılmasını tələb edirlər.

İntihara cəhd etmək istəyən şəxslər aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR