Futbol üzrə Rusiya yığmasının 2022-ci il dünya çempionatında iştirakı sual altındadır

25-09-2019, 12:00 316 dəfə baxılıb

Futbol üzrə Rusiya yığmasının 2022-ci il dünya çempionatında iştirakı sual altındadır

Rusiya Antidopinq Agentliyi (RUSADA) Dünya Antidopinq Agentliyinin (WADA) tərkibindən çıxarılarsa, o halda Rusiya yığması Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında iştirak etməyə bilər. Bu barədə BBC agentliyi məlumat yayıb.

Daha əvvəl Dünya Antidopinq Agentliyi (WADA) dopinq nümunələrinin Moskva laboratoriyasının məlumat bazasında uyğunsuzluq aşkarlayıb və RUSADA-nı çempionatdan kənarlaşdıra bilər. Rusiya tərəfinə uyğunsuzluğun izahını hazırlayıb təqdim etmək üçün üç həftə vaxt verilib.

Mənbənin məlumatına görə, Rusiya təşkilatının kənarlaşdırılacağı halda cəza WADA-nın kodeksi üzrə fəaliyyət göstərən bütün idman yarışlarına, o cümlədən futbol üzrə dünya çempionatlarına da aid edilə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR