Həbibin növbəti döyüşü harada olacaq? - Özü açıqladı

30-09-2019, 16:28 340 dəfə baxılıb

Həbibin növbəti döyüşü harada olacaq? - Özü açıqladı

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyevlə görüşüb.

Həbib daha sonra növbəti döyüşünü Rusiyada da keçirə biləcəyini deyib.

Nurməhəmmədov "Instagram" hesabında yazıb: "Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu".

Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə yüngül çəkidə çempion titulunu qazanmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR