Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb

1-10-2019, 15:33 262 dəfə baxılıb

Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb


Braziliyada keçirilən qadın futbolçular arasında "Flamenqo” – "Qremino” oyunu tarixə düşüb.

Rio ştatının çempionatında baş tutan oyunda ev sahibləri 56:0 hesabı ilə qalib gəlib.

Bu, Braziliya çempionatlarında ən böyük hesabdır. Ümumilikdə isə "Flamenqo”nun qələbəsi futbol tarixində rəsmən qeydə alınan ikinci ən böyük nəticə olub.

Mütləq rekord Madaqaskar çempionatına məxsusdur. 2002-ci ildə "Adema” "Lemirn”i 149:0 hesabı ilə məğlub edib.

"Flamenqo”ya qədər ikinci sırada Avstraliya yığması qərarlaşmışdı. 2001-ci ildə baş tutan görüşdə avstraliyalılar Amerika Samoasını 31:0 hesabı ilə yenib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR