"Borussiya" Sançoya qiymət qoydu

12-02-2020, 11:41 230 dəfə baxılıb

"Borussiya" Sançoya qiymət qoydu


Dortmund "Borussiya"sı böyük klubların transfer hədəfində olan Ceydon Sançonu saxlamaq üçün yollar axtarır.

Bundesliqa klubu İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalamağa hazırlaşır. Yeni sazişdə 19 yaşlı vingerin sərbəst qalma dəyəri 120 milyon avro qoyulacaq.

Klub rəsmiləri Erlinq Holandın transferindən sonra Ceydon Sançonu komandada saxlayıb, titullar qazanmağa ümid edir.

"Borussiya" "Sançonu 2017-ci ilin yayında "Mançester Siti"nin U-18 komandasından 7,8 milyon avro qarşılığında transfer edib. İngilis futbolçu bu mövsüm 29 oyunda 15 qol vurub, 17 assist edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR