Messi "Yuventus"a keçir? - 350 milyon avro...

13-02-2020, 13:04 311 dəfə baxılıb

Messi "Yuventus"a keçir? - 350 milyon avro...

İtaliyanın "Tuttosport" nəşri ölkənin futbol klublarına "Barselona"nın futbolçusu Lionel Messini transfer etmək üçün tələb ediləcək məbləği açıqlayıb.

Xərc məsələsi tamamilə argentinalı hücumçunun imic hüquqlarının qiymətindən asılıdır.

Qeyd olunub ki, Messi Kataloniya təmsilçisində vergiləri çıxmaq şərti ilə illik 35 milyon avro maaşı alır. Hesab edilir ki, o, başqa kluba keçsə, bu, minimal maaş olacaq. Başqa kluba transfer olunsa, onun illik gəliri vergi ödənişləri nəzərə alınmaqla, təqribən 66 milyon avroya başa gələcək. Əgər "Yuventus" vergi payını azaltmağa çalışsa, maaş illik 51 milyon avro təşkil edəcək.

Beləliklə, 32 yaşlı oyunçunun keçidindən sonra xərclərin cəmi ildə 86 milyon 91 milyon avroya qədər ola bilər. Bu halda Messi ilə 4 illik müqavilə üçün İtaliya klublarına 350-365 milyon avro lazım olacaq.

Qeyd edək ki, "Barselona"nın idman direktoru Ared Brayd müsahibəsində Messini "Yuventus" və "İnter"in ala biləcəyini söyləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR