İbrahimoviç karyerasını başa vurur

22-06-2016, 09:17 345 dəfə baxılıb

İbrahimoviç karyerasını başa vurur















Hücumçu Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini bildirib

İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç Fransada keçirilən Avropa çempionatından sonra milli komandada karyerasını başa vuracaq, Goal.com xəbər verir.

Futbolçu qeyd edib ki, millinin “Avro-2016”-da sonuncu matçı onun üçün də sonuncu olacaq.

“Ümid edirəm ki, bu, sabah baş verməyəcək”, - İbrahimoviç bildirib. O həmçinin əlavə edib ki, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, İsveç “Avro-2016”-da iki oyundan sonra 1 xal toplayıb. Komanda “E” qrupunda son matçını sabah Belçika yığmasına qarşı keçirəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR